Cənubi Koreya Prezidenti Mun Çje İn Koreya yarımadasında müharibə olmayacağını bəyan edib.
Teleqraf.com xəbər verir ki, bununla belə prezident Şimali Koreyaya təzyiq etmək üçün hərbi qüvvələrin ABŞ-a lazım olduğunu vurğulayıb.
“Mən bunu tam məsuliyyətlə bəyan edirəm – Koreya yarımadasında daha heç vaxt müharibə olmayacaq. ABŞ və Prezident Donald Tramp Cənubi Koreya ilə seçim variantını müzakirə etməyə hazırdır”, - deyə Mun Çje İn fəaliyyətinin ilk 100 günü münasibətilə etdiyi çıxışda bildirib.