17 Avqust 2017 15:34
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə ötəl il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra FETÖ istintaqı çərçivəsində saxlanılan və 10 ilə qədər həbsi tələb edilən ünlü yumorist Atalay Dəmirçi şərti azadlığa buraxılıb.

Teleqraf.com xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğunda yumorist Atalay Dəmirçi haqqında aparılan FETÖ istintaqı çərçivəsində hazırlanan iddianamədə Dəmirçiyə “konstitusiyanı ləğv etməyə təşəbbüs” və “silahlı terror təşkilatına üzv olma” ittihamları elan edilmiş, ona ağırlaşdırılmış cəza - ömürlük və 10 ilə qədər həbs cəzası istənilmişdi.

Qeyd edək ki, Atalay FETÖ ilə 2002-ci ildə - Dünya Radio-da çalışdığı vaxt “Vəfa” ləqəbli Məhəmməd Yusif Kulaksız adlı şəxsin vasitəsi ilə tanış olub. Dəmirçi 2005-ci ildə söhbətlərə qatıldığını, 2006-cı ildə ABŞ səfərində Gülən ilə tanış olmaq üçün Pensilvanyaya getdiyini deyib. Orada konsert verib. Özünün dediyinə görə, “Fətullah Güləni ziyarət etmənin mənəvi həzzi” bəhanə göstərilərək, konserti üçün qonorar ala bilməyib, pul istədiyinə rədd cavabı alıb, sonra isə oradan uzaqlaşdırılıb.

Atalay Dəmirçi bundan sonra hər çərşənbə günü yaşadığı ərazinin polis şöbəsinə gedərək, ölkədə olduğunu təsdiqləmək üçün imza atacaq.


Müəllif: Alpər Cəbrayıl

Oxşar xəbərlər