"Suriya ilə bağlı əsas siyasətimiz İŞİD-i məğlub etməkdir. Ondan sonra bu ölkəni tərk edəcəyik. Suriyanı suriyalılar idarə etməlidir".
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Noyert deyib.
Onun sözlərinə görə, İŞİD nə qədər tez məğlub edilsə ABŞ hərbçiləri bir o qədər tez Suriyanı tərk edəcək.