İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH-ın daha bir əfqanıstanlı muzdlusu Suriyada gedən müharibədə həlak olub.
Teleqraf.com-un məlumatına görə, Bəşər Əsəd rejiminə dəstək məqsədilə Suriyaya göndərilən SEPAH-ın Əfqanıstan vətəndaşlarından ibarət “Fatimiyyun” briqadasının muzdlusu Əhməd Rizvani bir neçə gün əvvəl müxalif qüvvələr tərəfindən öldürülüb. Onun Suriyanın konkret hansı bölgəsində həlak olduğu mediaya açıqlanmayıb. Cənazəsi ölkəyə gətirilən SEPAH-çı avqustun 18-də İranın Şərifabad şəhərində torpağa tapşırılıb.
Son illər Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilən minlərlə SEPAH-çı Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb.