Cənubi Koreynın Çxanvon şəhərində gəmiqayırma zavodunda partlayış baş verib.
Teleqraf.com “Renxap” agentliyinə istinadla xəbər verir ki, “STX Offshore & Shipbuilding” şirkətinə məxsus tərsanədə tikilən neft tankerindəki partlayış nəticəsində 4 nəfər həyatını itirib. Qəza iş vaxtına təsadüf etdiyindən partlayış zamanı müəssisədə çox sayda insanın olduğu bildirilir. Məlumatlara görə, tanker Yunanıstandan olan sifarişçiyə bu ilin oktyabrında təhvil verilməlidir.