20 Avqust 2017 16:38
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Reks Tillersonla telefon danışığında referendumun təxirə salınması tələbinə yox, Bağdadla dialoqun aparılmasına razılıq verdim.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Şimali İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani deyib.

Onun sözlərinə görə, referendum qəti şəkildə təxirə salınmayacaq: “Hər iki tərəfin daha yaxşı gələcəyi üçün Bağdadla dialoqa razılaşdıq. Hazırki vəziyyətdə və mövcud basqı altında 2 ilə qədər müttəfiq qala bilərik. Lakin Bağdadın Kürdüstana qarşı siyasəti dəyişməyib. Bizim ali hüquqlarımız pozularsa, bu ortaqlığa son qoyulacaq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər