İsveç Miqrasiya İdarəsi bu ölkəyə sığınmış 106 yaşlı Əfqan Bibixal Özbək adlı qadının mühacirətinə "yox" cavabı verib.
Ötən il Ə.B.Özbək 105 yaşında olarkən ailəsi ilə birlikdə qeyri-qanuni yolla Xorvatiyaya keçib. Xorvatiya polisi qadının sənədlərini araşdırdıqlarını və onun 105 yaşında olduğunu təsbit etdiklərini açıqlayıb. Yaşlı qadın bundan sonra İsveçə gedib və sığınacaq istəyib.