21 Avqust 2017 18:34
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pentaqon rəhbəri Ceyms Mettisin səfəri zamanı aparılacaq danışıqlar Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün fövqəladə əhəmiyyət daşıyır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Petro Poroşenko ABŞ Müdafiə naziri Ceyms Mettisin səfəri ilə bağlı deyib.

Ceyms Mettis 23-24 avqust tarixlərində Kiyevdə olacaq. O, Ukraynanın müstəqilliyinin 26-cı ildönümündə iştirak edəcək.

Petro Poroşenko ABŞ Müdafiə nazirinin məhz bu ərəfədə Kiyevə gəlişinin simvolik məna daşıdığını vurğulayıb. O, Mettisi ölkəsinin böyük dostu adlandırıb.

Bir müddət əvvəl ABŞ-ın Ukraynaya tank əleyhinə raket və başqa silah satışına dair plan hazırladığı barədə məlumatlar yayılmışdı.


Müəllif: Mahir

Oxşar xəbərlər