İspaniyanın Barselona şəhərində daha bir terrorçu məhv edilib. Teleqraf.com xəbər verir ki, anti-terror əməliyyatları zamanı üzərinə partlayıcı kəmər geymiş terrorçu-kamikadze zərərsizləşdirilib.
Qeyd edək ki, avqustun 17-də avtomobilin insanların üzərinə sürülməsi nəticəsində 15 nəfər ölüb, 130 nəfər xəsarət alıb. Terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.