23 İyul 2014 13:57
1 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasından olan separatçılar mülki əhalidən kamikadze kimi istifadə etməyə başlayıb”.


Bu haqda ukraynalı jurnalist Yuriy Butusov “Facebook”dakı səhifəsində yazıb.

O, ukraynalı hərbçiləri ehtiyatlı olmağa çağıraraq yazıb ki, Kamenskidə ukraynalı hərbçilərin postuna olunan hücum terrorçuların yeni taktika seçmələrindən xəbər verir: “Blokposta mikroavtobus yaxınlaşıb. Hadisə şahidləri deyir ki, sürücü özünü çox sakit aparırdı, heç bir həyəcanı yox idi. Bu adam mülki şəxs idi, kamikadze yox. Yəqin ki, maşınına qoyulmuş bombadan xəbəri olmayıb. Terrorçular onun maşınına yük qoyaraq müəyyən yerə çatdırmağı xahiş ediblər. Sürücü o yükün içində 30 kiloqramlıq partlayıcının olduğunu bilməyib. Maşın blokposta girəndə separatçılar uzaqdan idarə edilən olunan qurğunu partladıblar”.

Xatırladaq ki, iyulun 22-də baş vermiş hadisə zamanı 3 ukraynalı hərbçi həlak olmuşdu.

/publika.az/


Müəllif: