2016-cı ildə dünyada 13 min 400 terror hücumu qeydə alınıb. Bu hücumlar zamanı 34 min insan həyatını itirib.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın Merilend Universiteti terror hücumlarına dair hərtərəfli araşdırma aparıb, habelə 2016-cı ildə baş verən hadisələri təhlil edib.
Merilend Universitetinin Terrorizm və terrorizmlə mübarizə üzrə şöbəsinin açıqladığı hesabata görə, 2016-cı ildə dünyada qeydə alınmış 13 min 400 hücum zamanı terroristlər də daxil olmaqla 34 min insan öldürülüb.
Hücum zamanı öldürülən terroristlərin sayı ölənlərin üçdə birini təşkil edir. Hesabata görə, 2015-ci illə müqayisədə 2016-cı ildə terror hücumları 10 faiz azalıb.
Hesabata əsasən 2016-cı ildə Yaxın Şərq və Şimali Afrikada terror təşkilatı olan İŞİD ondan əvvəlki terror qruplarının yerini tutub. Bu iki regionda terrorizm qurbanlarının sayında artım qeydə alınıb.
Asiyanın cənubunda isə terror hücumları zamanı ölənlərin ümumi sayı əvvəlki illərlə müqayisədə üçdə bir dəfə azalıb.
Raportda Asiyada terrorist fəaliyyətinin əsas mənbəyi kimi Pakistan göstərilib, lakin sonradan Hindistan önə çıxıb.
Hesabatda qeyd edilib ki, qlobal terror hücumlarının 100-də 3-ü Şərqi və Qərbi Avropa ölkələrində baş verib. Bu hücumlar nəticəsində 350 insan öldürülüb. Əvvəlki illə müqayisədə ölüm sayının artmasına səbəb kimi terrorçuların nəqliyyat vasitələrindən hücumlarda istifadə edilməsi göstərilib.
Xatırladaq ki, 1970-1980-ci illərdə Avropa terror hücumlarının hədəfində olub. Bura İranda fəaliyyət göstərən İRİ, İspaniyadakı ETA-nın fəaliyyəti daxildir. Avropada terrorizm qurbanlarının sayı 1990-cı illərdə nəzərə çarpacaq dərəcədə azalıb, lakin 2014-cü ildən başlayaraq artım qeydə alınıb.