24 Avqust 2017 21:05
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Şərqi Ukraynadakı silahlı toqquşmaya son qoymağı nəzərdə tutan Minsk anlaşmasına əməl etməyincə, ABŞ sanksiyaları davam etdirəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ Müdafiə naziri Ceyms Mettis Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşdən sonrakı birgə mətbuat konfransında deyib.

Mattis deyib ki, Amerika Rusiyanın özünün inkarına rəğmən beynəlxalq sərhədləri zorla dəyişməyə çalışmasından xəbərdardır: "Bu isə Avropanın suveren və azad xalqlarını zəiflədir".

Pentaqon rəhbəri bəyan edib ki, Vaşinqton Moskva rəhbərliyinin Krım bölgəsini nəzarətdə saxlamasını qəbul etməyəcək.
Amerikalı nazir ABŞ-ın Ukraynaya hərbi dəstək sözü verdiyini, amma bu ölkəyə ölümcül silah göndərməyəcəyini bildirib.
Petro Poroşenko isə çıxışında Ukraynanın NATO üzvü olmağı hədəflədiyini deyib. O, rus hücumundan sonra Ukraynanın 10 mindən artıq vətəndaşının həlak olduğunu bildirib: "Bunu heç vaxt unutmayacağıq və bağışlamayacağıq".

Qeyd edək ki, bu gün Ukraynanın müstəqilliyinin 26-cı ildönümüdür. Ukyarna SSRİ-dən ayrılandan sonra ABŞ Müdafiə naziri Ceyms Mettis bu ölkəyə səfər etmiş ilk Pentaqon rəhbəridir.

Müstəqillik bayramında NATO ölkələrinin müdafiə nazirləri də iştirak edir.


Müəllif: Mahir

Oxşar xəbərlər