25 Avqust 2017 17:55
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samsung şirkətinin varisinə 5 il həbs cəzası verilib.

Teleqraf.com xəbər verir ki, Seul Məhkəməsi “Samsunq”la bağlı məhkəmə prosesi çərçivəsində qərar çıxarıb. Qərara əsasən, “Samsunq” şirkətinin prezident köməkçisi və varisi Jay Y. Leeyi azadlıqdan məhrum edib.

Jay Y. Leeyin məhkəməsi dünən başa çatıb.

Seul Məhkəməsi Jay Y. Leeyi yalandan şahidlik etməkdə və rüşvət verməkdə təqsirli bilərək həbs edib.

Qeyd edək ki, Jay Y. Leey mart ayında Cənubi Koreyanın dövlət başçısı Park Geun-Hyeyə rüşvət vermiş və prezidentin hakimiyyətdən ayrılmasına səbəb olmuşdu. Aprel ayından etibarən barəsində həbs qərarı çıxarılan Lee yanlış bir hərəkət etmədiyini iddia edirdi.


Müəllif: Cavad

Oxşar xəbərlər