25 Avqust 2017 14:10
1 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron Avropa Birliyinin əcnəbi işçilərlə bağlı qanunlarının islahata ehtiyacı olduğunu elan edib. Prezident deyib ki, əks təqdirdə bu, parçalanma riski yarada bilər.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Fransa lideri bu bəyanatla Ruminiyada çıxış edib.

Emmanuel Makronun sözlərinə görə, əcnəbi işçilər haqqında qanun qüvvəyə minənə qədər Avropa Birliyində parçalanma ehtimalları qalacaq.

Xatırladaq ki, Fransa prezidenti müvafiq qanunvericiliyin tənzimlənməsini dəstəkləmək məqsədilə üç günlük Orta və Qərbi Avropa ölkələri turuna çıxıb.


Müəllif: Cavad