Macarıstan Hollandiyadakı səfirini geri çağırır.
Teleqraf.com xəbər verir ki, Macarıstan Xarici İşlər naziri Peter Siyarto bəyan edib ki, Hollandiyadakı səfiri geri çağırmaq qərarı verilib.
Nazir bu qərarını Budapeştdə təşkil etdiyi mətbuat konfransında açıqlayıb. Macar hökumətinin bu qərarı verməsinə səbəb Hollandiya səfirinin Macarıstan mətbuatına verdiyi müsahibə olub.
Macarıstanda diplomtik fəaliyyəti başa çatan Hollandiya səfiri Gajus Scheltema müsahibəsində deyib ki, Avropa Birliyi fondları Macarıstanda fəaliyyət göstərir. O əlavə edib ki, bu ölkədə korrupsiyaya əsaslanan rejim mövcuddur. Səfir Macarıstan hökumətinin apardığı siyasəti radikal islamçıların siyasətinə bənzədib və hər ikisinin “ictimai düşmən yaratmaq” məqsədi daşıdığını deyib.
Macarıstan Xarici İşlər naziri isə deyib ki, Macarıstan hər gələnin sərbəst yumruq ata biləcəyi bir qum kisəsi deyil: “Əgər Hollandiyanın Macarıstanla rəsmi siyasəti budursa, bizim də siyasətimiz bundan ibarətdir. Səfir Gajus Scheltema Macarıstandan üzr diləyənə qədər iki ölkə arasında diplomatik əlaqələr səfirlik olmadan davam edəcək”.