26 Avqust 2017 09:42
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya birjalarında neftin qiyməti yenidən artıb.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,44 dollar və ya 0,93% artaraq 47,87 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,37 dollar və ya 0,71% artaraq 52,41 dollar olub.

Neftin bahalaşması ABŞ-da baş vermiş qasırğa səbəbindən hasilatın azalma ehtimalı ilə əlaqələndirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər