Türkiyə Suriya sərhədi yaxınlığında bir neçə haubitsa və tanklar yerləşdirib.
APA xəbər verir ki, hökumətin sərhədi möhkəmləndirməsinə səbəb əks tərəfindəki ərazilərin PYD/YPG kürd terror qruplaşmalarının nəzarətində olmasıdır.
Qeyd olunan texnikalar iri tonnajlı yük maşınları ilə Suriya ilə həmsərhəd Kilis əyalətində yerləşdirilib.
Bundan əvvəl avqustun 5-də hərbi texnikalar yük maşınları vasitəsilə qeyd olunan sərhəd bölgəsində yerləşdirilib.