Almaniya ilə İordaniya arasında anlaşılmazlıq yaranıb. Söhbət Alman hökumətinin İordaniyada yerləşdirəcəyi əsgərlərin statusu ilə bağlı anlaşılmazlıqdan gedir.
Teleqraf.com xəbər verir ki, Berlində çap olunan Der Spigel jurnalı iddia edib ki, həqiqətəndə iki ölkə arasında əsgərlərin statusuna dair ciddi anlaşılmazlıq mövcuddur.
Alman hökuməti İŞİD-lə mübarizə çərçivəsində İordaniyadakı El Azra bazasında yerləşdirmək istədiyi 250 səgər üçün tamamilə toxunulmazlıq statusu əldə etmək istəyir.
Almaniya Xarici İşlər və Müdafiə nazirliklərinin ekspertlərinin apardığı müzakirələrə rəğmən hələlik anlaşma əldə olunmayıb.
Qeyd edək ki, İrodaniyada şəriət hüququ mövcuddur və ölkədə edam cəzası tətbiq edilir. Rəsmi Berlin isə bu məsələyə həssas yanaşır.