27 Avqust 2017 14:31
1 256
12 Punto 14 Punto 16 Punto 18 Punto

Harvard Universitetinin yataqxanasından ayrılıb ailə üzvlərinin yanında qalan ABŞ-ın keçmiş prezidenti Barak Obamanın qızı Maliya küçədə ona yaxınlaşan pərəstişkarlardan yorulub.

Teleqraf.com “TMZ” portalına istinadla xəbər verir ki, Massaçusets ştatının mərkəzində rəfiqəsi ilə birlikdə gəzintiyə çıxan Maliyadan yaşlı qadın nəvəsi ilə şəkil çəkdirməyi xahiş edib. Obamanın qızı isə nəzakətlə bundan imtina edib. Maliyanın etirazından razı qalmayan qadın onun fotosunu gizli çəkməyə çalışıb. Bundan duyuq düşən sabiq prezidentin qızı əsəbi şəkildə reaksiya verib: “Siz məni niyə çəkməyə çalışırsınız, məgər mən qəfəsdəki heyvanam?”.

Portalın məlumatına görə, Maliyanın sərt sözlərinə rəğmən qadın yenə onun fotosunu çəkməyə cəhd edib.


Müəllif: Kəmalə

Oxşar xəbərlər