Əfqanıstanın Gilmənd əyalətində minalanmış avtomobilin partladılması nəticəsində 10 nəfər ölüb, 8 nəfər yaralanıb.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, terrorçu-kamikadze partlayıcı qurğunu hərbi konvoy keçərkən işə salıb.
Ölənlər arasında hərbi qulluqçularla yanaşı, mülki şəxslər də var.