İsrailin Baş naziri Benyamin Netanyahu İranın Suriya və Livanda raket istehsal edən müəssisələrinin olduğunu bildirib.
Teleqraf.com “Röyter” agentliyinə istinadən xəbər verir ki, Benyamin Netanyahu İranın bu imkanlardan gələcəkdə İsrailə qarşı istifadə etmək məqsədinin olduğunu da deyib. Onun sözlərinə görə, İran Suriyada uzunmüddətli raket müəsissəsi tikib və bu qəbuledilməzdir.
“Tehran həm Suriya, həm də Livanda dəqiq idarə olunan raket müəssisələrinə malikdir. İsrail bununla barışa bilməz. Eləcə də BMT bunu qəbul edə bilməz”, - Netanyahu bildirib.