Almaniya üçün Alternativ Partiyasının (AFD) nümayəndəsi Aleksandr Qauland türk mənşəli alman nazir Aydan Özoğuzu təhdid edib.
Teleqraf.com xəbər verir ki, seçkilərlə bağlı təbliğat aparan Aleksandr Qauland Eiçsfeld qəsəbəsində seçicilər qarşısında çıxışı zamanı Aydan Özoğuzu “Anadolunu yox edərik” bəyanatı səsləndirməklə təhdid edib.
İslam əleyhdarı olmaqla səs toplamağa çalışan AFD daha çox qaçqın və miqrantlarla bağlı məsələni qabardaraq millətçi şüarlarla çıxış edir.
Aleksandr Qauland Almaniyanın türkmənşəli naziri Aydan Özoğuzun qaçqınları müdafiə edən fikirlərindən narazı qalıb. Məhz bu səbəbdən də türk naziri “Anadolunu yox etməklə” təhdid edib.
Bu təhdidin ardından mətbuata açıqlama verən Bundestaqın deputatı Arif Daşdələn Aydan Özoğuza dəstək verib:
“Aleksandr Qaulandın fikirlərini şiddətlə qınayıram. Ümid edirəm ki, Aleksandr Qauland və partiyası bunun cavabını seçkilər günü alacaq. Hörmətli Özoğuzun yanındayam və ümid edirəm ki, vətəndaşlarımız seçkilərə qatılıb bir türk və müsəlman əleyhdarı olan partiyanın parlamentə daxil olmasına mane olacaq”.