Şimali Koreyanın bu gün buraxdığı raket Quam adasına çata bilər.
Teleqraf.com xəbər verir ki, bunu Yaponiyanın Müdafiə naziri İsunori Onodera bildirib.
“Raket 5 min kilometrə qədər uça bilər. Öz-özlüyündə aydındır ki, bu tipli raketlər Quama çata bilər”, - deyə Yaponiyanın “Kiodo” agentliyi nazirin sözlərindən sitat gətirir.
Nazir bu gün buraxılan raketin 2700 kilometr uçaraq Hokkaydo adasından 1180 kilometr aralıda suya düşdüyünü təsdiqləyib.
Qeyd edək ki, Quam adasında ABŞ-a məxsus “Andersen” aviabazası və “Apra-Xarborn” hərbi-dəniz bazası yerləşir.