10:33
Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib.
Teleqraf.com xəbər verir ki, partlayış ABŞ-ın Əfqanıstandakı səfirliyi yanında baş verib.
Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Nacib Daniş “Röyter”ə bildirib ki, partlayış “Kabul Bank”ın şöbəsinin çıxışında törədilib. Həmin rayonda Amerika diplomatik missiyası yerləşir.
Əfqanıstan Səhiyyə Nazirliyinin nümayəndəsi Vahid Mədruc isə partlayış nəticəsində ən azı 1 nəfərin öldüyünü, 8 nəfərin yaralandığını bildirib. O, qurbanların sayının artacağını istisna etməyib.
***
11: 46
Partlayışda ölənlərin və yaralananların sayında artım var. Bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi N.Daniş özünün Tviterdəki hesabında bildirib. O, ölənlərin sayının 4-ə yüksəldiyini, xəstəxanaya daha 3 yaralı gətirildiyini qeyd edib.