Misirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı 14 nəfər həlak olub, 142 nəfər yaralanıb.
Teleqraf.com-un məlumatına görə, qəza Qahirənin cənub hissəsində baş verib.
Misir Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, sərnişin avtobusu yük avtomobili ilə toqquşub. Zərbə nəticəsində hər iki nəqliyyat vasitəsi körpüdən çaya düşüb.
Qeyd edək ki, Misir yol infrastruktunun bərbad vəziyyətdə olması ilə məşhurdur. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, il ərzində sözügedən ölkədə 12 minə yaxın insan qəzaların qurbanı olur.