29 Avqust 2017 14:11
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın liderlik etdiyi anti-İŞİD koalisiyasına məxsus qırıcılar son 48 saat ərzində Rakka şəhər mərkəzinə 133 hava hücumu həyata keçirib.

Teleqraf.com xəbər verir ki, bu haqda məlumatı sosial mediada yaradılan “Rakka səssizcə öldürülmüş” şəbəkəsi yayıb.

Hava hücumları zamanı Rakkanın Ağ Bag sahəsi ərazisində yerləşən mənzillərin hədəfə alındığı və 17 mülki şəxsin öldürüldüyü qeyd edilib. Eyni zamanda bildirilib ki, hava hücumu zamanı Şarkan ailəsinin 10 üzvü ölüb.

Qeyd edək ki, anti-İŞİD koalisiyası və PKK/PYD terror təşkilatının Rakka şəhərinə hücumları səbəbindən 450 min dinc sakin evlərindən uzaq düşüb.


Müəllif: Cavad

Oxşar xəbərlər