İrəvanda bilyard klubunda bir kişi gənc qızı girov götürüb və onu öldürməklə hədələyir.
Teleqraf.com-un məlumatına görə, İrəvan polis idarəsinin əməkdaşları hadisə yerinə yollanıblar.
Ermənistan KİV-ləri olayın Erebuni rayonunda baş verdiyini bildirir.
Az sonra rəsmi məlumatın yayılacağı gözlənilir.