Səudiyyə Ərəbistanı Yəməndə və Suriyada terrorçulara göstərdiyi dəstəyə son qoymalıdır.
Teleqraf.com “RİA Novosti”yə istinadla xəbər verir ki, bu çağırışla İran Prezidenti Həsən Ruhani çıxış edib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının Yəmənə müdaxiləsi, Yəməndə və Suriyada terrorçulara verdiyi dəstək Tehran və Ər Riyad arasında əlaqələrin yaxşılaşması üçün əsas maneədir. Səudiyyə Ərəbistanı terrorçuları dəstəkləməyi dayandırmalıdır”, - deyə İran dövlət başçısı qeyd edib.