30 Avqust 2017 12:11
1 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci dünya müharibəsinin sonuna yaxın – 9 avqust 1945-ci ildə ABŞ-ın Yaponiyanın Naqasaki şəhərinə atdığı atom bombası nəticəsində ciddi xəsarətlər alan Sumiteru Taniquti bu gün 89 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Yaponiyada fəaliyyət göstərən Xirosima və Naqasaki bombardımanı qurbanları Şurası məlumat yayıb.

Qeyd edək ki, Taniqutinin bombardıman nəticəsində bütün bədəninin ciddi yanıq xəsarətləri almasının əks olunduğu foto bütün dünyaya yayılıb. Həmin foto “qırmızı kürək” adı ilə məşhurlaşıb. Fotoda kürəyinin dərisi bütünlüklə yanmış oğlanın üzü üstə uzandığı təsvir olunur.

Oğlanın yanıq xəsarətləri o qədər güclü olub ki, o, iki ərzində otura bilməyib, xəstəxanadan isə yalnız 1949-cu ildə evə buraxılıb.

“Bombardımandan sonrakı ilk il hətta hərəkət də edə bilmirdim, ağrılar dözülməz idi. Mən tez-tez qışqırırdım: Öldürün məni!”, deyə Taniquti ötən il TASS-a xatirələrini bölüşərkən bildirmişdi.

Məşhur yapon 9 avqust 1945-ci il bombardımanın episentrindən cəmi 1,8 kilometr uzaqlıqda olub.


Müəllif: Səxavət

Oxşar xəbərlər