Ürək xəstəliyinə tutulan Kamavor Xaçatryan Ermənistan Müdafiə Nazirliyinin Hərbi tibb şöbəsinin rəisi vəzifəsindən azad edilərək silahlı qüvvələrin baş cərrahı təyin edilib.
Teleqraf.com xəbər verir ki, “Hraparak” qəzeti səhhətində yaranmış problemlərə görə istefa ərizəsi yazdığını desə də, Kamavor Xaçatryanın tutduğu postdan korrupsiyaya bulaşdığına görə uzaqlaşdırıldığını yazıb.
“Ürəyimdə problemlər yaranıb, bu iş mənim üçün ağır idi, ona görə istefa ərizəsi yazdım”, - Xaçatryan deyib.
Onu Müdafiə Nazirliyinin Mərkəzi kliniki hərbi hospitalının reanimasiya şöbəsinin müdiri Qayan Ovannisyan əvəzləyib.