"ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri postuna təyin edilməyim mənim üçün böyük şərəfdir. Daha əvvəl Azərbaycana səfər etmişəm, amma həmsədr kimi yox".
Bunu "Report"a eksklüziv açıqlamasında ATƏT-in Minsk qrupunun ABŞ-dan yeni təyin olunmuş həmsədri Endryu Şeffer deyib.
"Regiona səfər etmək və münaqişə tərəflərinin rəsmi şəxsləri ilə görüşmək fürsətini səbirsizliklə gözləyirəm. Eyni zamanda sentyabrda Nyu-Yorkda Minsk qrupundan olan həmkarlarımla da görüşəcəyəm", - amerikalı həmsədr bildirib.