31 Avqust 2017 12:00
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın üç yatmış supervulkanının oyanma təhlükəsi yaranıb.

Teleqraf.com xəbər verir ki, təbiət anomaliyası tədqiqatçılarının hər an oyana biləcəyini gözlədiyi vulkanların başında ABŞ-ın Vaymont ştatında Yelloustoun, Vaşinqtonda Sent-Helens və Avropada Neapol şəhərinin yaxınlığında yerləşən supervulkanları gəlir.

Yelloustoun vulkanı xeyli müddət bundan əvvəl Amerika alimləri və hətta siyasətçilərini narahat etsə də, son vaxtlar təbiət anomaliyası tədqiqatçıları daha çox həyəcan təbili çalmağa başlayıblar. Bu vulkan özünü elə aparır, sanki hər an oyana bilər. Bunu demək kifayət edir ki, son iki ayda bu supervulkanın yerləşdiyi ərazidə təxminən iki min xırda təkanlar qeydə alınıb, onlardan bəziləri Rixter şkalası ilə 4,3 bala çatıb.

Sent-Helens vulkanı da oyanma əlamətləri nümayiş etdirib. Alimlərin fikrincə, Yelloustoun vulkanı partlayarsa (məsələ ondadır ki, bu vulkan püskürmür, məhz partlayır – red.), Sent-Helens vulkanı da dərhal fəaliyyətə başlayacaq. Bu isə Şimali Amerikanın sonu deməkdir.

Vulkanoloqların fikrincə, son dövrlər bütün dünyada müşahidə edilən seysmik aktivlikdən belə qənaətə gəlmək olar ki, Neapol yaxınlığında yerləşən və sonuncu dəfə 1538-ci ildə püskürmüş supervulkanın oyanması da tamamilə mümkündür. Bu isə Avropanın dəhşətli dərəcədə sarsılmasına gətirib çıxara bilər.


Müəllif: Alpər

Oxşar xəbərlər