31 Avqust 2017 14:46
1 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zara” geyim mağazaları şəbəkəsinin də daxil olduğu İspaniyanın “Inditex” korporasiyasının həmsahibi və eks-prezidenti Amansio Orteqa “Forbes”in dünyanın ən zəngin insanları siyahısında birinci yerə çıxıb.

Teleqraf.com-un məlumatına görə, hazırda Orteqanın sərvətinin həcmi 85, Bill Qeytsin sərvətinin həcmi 84,9 milyard dollar həcmində qiymətləndirilir.

İspaniyalı ilk dəfə 2015-ci ilin oktyabrında ən zəngin insanlar siyahısında birinci yerə çıxmışdı. Ancaq bir sutkadan da az vaxt ərzində birinciliyi amerikalı sahibkara güzəştə getməli olmuşdu.

Bu ilin martında ötən ilin yekunlarını qiymətləndirən “Forbes” üçüncü yerə 75,6 milyard dollarla “Berkshire Hathaway” kompaniyasının rəhbəri Uorren Baffetin daxil olduğunu açıqlamışdı.

“Inditex” korporasiyasının əsası 1985-ci ildə qoyulub. Korporasiya əksər ölkələrdə, o cümlədən Azərbaycanda Zara, Pull&Bear, Massimo Dutti, Bershka, Stradivarius, Oysho, Zara Home, Uterqüe brend mağazaları ilə təmsil olunur.


Müəllif: Səxavət

Oxşar xəbərlər