31 Avqust 2017 15:12
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

David Tonoyan Ermənistanın Fövqəladə Hallar naziri postuna təyin olunandan sonra Müdafiə Nazirliyindən bir çox kadrı özü ilə FHN-ə gətirməklə paralel Müdafiə Nazirliyi yaradır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

Qəzetin məlumatına görə, təbii ki, FHN “rezin” deyil və çox adamı orada ştata yerləşdirmək mümkün olmur. Buna görə də Tonoyan, hələ ki, yaşlı əməkdaşları yeni kadrlarla əvəzləyir. “Hraparak” 1 ay əvvəl FHN-ə sorğu göndərərək yeni və işdən azad olunmuş işçilərin sayını dəqiqləşdirmək istəyib. Ancaq nazirlik sorğunu cavabsız qoyub.

“David Tonoyan Müdafiə Nazirliyindən öz “qoşunu”nu – aparat rəhbəri, baş məsləhətçi, köməkçilər, katibə, tərcüməçiləri cəlb edib. Bundan başqa nazir vəzifədən uzaqlaşdırdığı kadrların gələcəkdə dövlət xidməti sistemində işə qəbuluna qarşı çıxıb”, - deyə yazıda qeyd edilib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər