Pakistan Məhkəməsi 2007-ci ildə baş nazir Bənazir Bhuttoya qarşı sui-qəsddə günahlandırılan 5 nəfəri azadlığa buraxıb.
Teleqraf.com xəbər verir ki, məhkəmə onların cinayət törətmədiyi və günahsız olduqları barədə qərar verib. Ayrıca olaraq Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəfin ölkədən qaçdığı bildirilib
Pərviz Müşərrəf 1999-cu ildə çevrilişlə hakimiyyətə gəlib və 2008-ci ildə istefa verib.
2008-ci ildən İngiltərədə sürgün həyatı yaşayan Müşərrəf 2013-cü ildə öz istəyi ilə Pakistana qayıdaraq yenidən seçkilərdə iştirak etməyə cəhd etmişdi. Lakin Pakitsan məhkəməsi buna imkan verməmişdi.
Əlavə edək ki, Pərviz Müşərrəfin həm də mərhum baş nazir Bənəzir Bhuttoya qarşı “Taliban” tərəfindən təşkil edilən sui-qəsddən xəbəri olduğu iddia olunurdu.