1 Sentyabr 2017 17:25
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikanın paytaxtı Brüssel birdəfəlik plastik paketlərdən imtina etmək qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, sentyabrın 1-dən etibarən bütün ticarət məntəqələrində onların istifadəsi yasaqlanıb.

Ticarət şəbəkələrinə müstəsna hal kimi alınmış paketləri noyabrın 30-dək istifadə etməyə icazə verilib.

Brüssel meri bu addımı ətraf mühitin qorunmasına görə atdıqlarını bildirib. O, öz fikirlərini polietilen paketlərin orta hesabla təbiətdə 450 il “ömür sürə bilməsi” ilə əsaslandırıb. Daha öncə bu addımı Belçikanın Vallon regionu atıb.

Ümumilikdə, 40-dan artıq ölkə, o cümlədən Çin, Fransa, Ruanda və İtaliya plastik paketləri qadağan ediblər.

BMT-nin Ətraf Mühitin Qorunması Proqramının məlumatına görə, hər il dünya okeanına 8 milyon ton plastik atılır. 2050-ci ilədək okeanlarda plastik məmulatların həcmi balıqların həcmindən çox olacaq.


Müəllif: Səxavət

Oxşar xəbərlər