1 Sentyabr 2017 16:06
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Murmansk şəhərində Onkoloji Sağlamlıq Şöbəsinin müdiri, şəhərin tanınmış onkoloqu İqor Tyulenev xəstəsinin qurbanı olub.

Teleqraf.com rus mediasına istinadla xəbər verir ki, xərçəng olduğunu zənn edən şəxs xəstəxanaya müraciət edərək müayinə olunub.

Həkim müayinədən sonra xəstəyə sağlam olduğunu və xərçəngə tutulmadığını söyləyib. Həkimin diaqnozundan əmin olmayan xəstə növbəti gün yenidən müayinə olunmaq istəyib.

Həkim xəstənin istəyi ilə razılaşıb. Xəstə bu dəfə həkimin yanına bıçaqla gəlib və qəflətən dəhlizdə həkimin ürəyinə zərbə endirərək xəstəxanadan qaçıb. Həkim kömək üçün özünü palataya çatdırıb, müdaxiləyə rəğmən onun həyatını xilas etmək mümkün olmayıb.


Müəllif: Kəmalə

Oxşar xəbərlər