1 Sentyabr 2017 20:57
1 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın Santorini adası yay aylarında həddindən artıq turist axınının qarşısını almaq üçün kvota tətbiq etmək qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, adanın rəhbərliyi yerli sakinlərin turist axınından rahatsız olduğunu bəyan edib.

Cəmi 18 min əhalisi olan adaya il ərzində 5,5 milyon turist gəlir.

Adada bir fincan qəhvə 18 avroya satılır. Bu isə təkcə xaricdən gələnlərin deyil, yerli əhalinin də narazılığına səbəb olub. Yunanlar adanın turistlər tərəfindən işğal edildiyini bildirərək önləyici tədbirlərə əl atılmasını rəhbərlikdən tələb edirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər