ABŞ Prezidenti Donald Tramp sentyabrın 18-də Nyu Yorkda BMT-də islahat aparılmasını müzakirə etmək üçün dünya liderləri ilə görüşəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Röyter ünvanına daxil olmuş və islahatları nəzərdə tutan bəyannaməyə istinadla məlumat yayıb.
Görüşə BMT baş katibi Antonio Quterreşin effektiv islahatlar çağırışına uyğun tərtib olunmuş layihəni imzlamağa hazır liderlər dəvət olunacaq. Bəyannamə layihəsində deyilir: "Biz baş katibin BMT çərçivəsidə konkret dəyişikliklərin gücləndirilməsi ilə bağlı təkliflərini dəstəkləyir, hesab edirik ki, humanitar yardım, inkişaf və sülh təşəbbüslərinin daha rahat razılaşdırılması bu halda mümkündür".
Bundan əvvəl ABŞ prezidentinin sentyabrda BMT Baş Assambleyasında çıxış edəcəyi xəbəri yayılmışdı.
Sentyabrın 12-də BMT Baş Assambleyasının 72-ci iclası keçiriləcək. Sentyabrın 19-da isə ümümi siyasi məsələlərlə bağlı yüksək səviyyəli müzakirələr başlayacaq.