ABŞ Prezidenti Donald Tramp ölkənin ştatlarına səfəri çərçivəsində qasırğadan zərər çəkmiş Luiziana ştatına gedib.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Xəbərdə bildirilir ki, onu xanımı Melanya Tramp və bir neçə nazir müşayiət edir. Prezidentin qasırğanın nəticələrinin aradan qaldırılmasında iştirak edən dövlət xidmətlərinin əməkdaşları ilə görüşünün keçirilməsi planlaşdırılır.
Daha əvvəl Tramp Texas ştatında, Hyustonda olub və dağıdıcı təbii hadisədən zərər çəkənlərə zəruri şeyləri çatdırıb. O, həmçinin "Harvi" qasırğasından zərər çəkmiş Texası bərpa etməyə və dirçəltməyə söz verib.