ABŞ-ın Kaliforniya ştatında fövqəladə vəziyyət elan olunub. Burada vəziyyəti yoluna qoymaq üçün 800 xilasetmə qrupu iş başındadır.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Kaliforniya qubernatoru Jerri Braun Sun vadisində meşə yanğını səbəbindən fövqəladə vəziyyət elan edildiyini açıqlayıb. Oi bildirib ki, hazırda 800 xilasetmə qrupu meşə yanğınlarını söndürmək üçün fəaliyyət göstərir.
İndiyə qədər 23 min hektar sahə yanıb, yüzlərlə ev məhv olub. İsti və quru hava yanğının davam etməsini şərtləndirir.
Hələlik yanğın zamanı insan itkisi qeydə alınmayıb. Ancaq yollar bağlanıb, avtomobillərin hərəkəti məhdudlaşdırılıb.