5 Sentyabr 2017 12:57
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusu son 20 ilin ən böyük hərbi təlimlərinə başlayır.

Teleqraf.com xəbər verir ki, hərbi qaynaqların İsraildə nəşr edilən “Yedioth Ahronot” qəzetinə ötürdüyü xəbərə görə, hərbi manevrlərin məqsədi Cənubi Livanda Hizbullaha qarşı böyük hücuma hazırlıqdır. İsrail mətbuatına görə, ölkənin kəşfiyyat xidməti olan MOSSAD-ın keçmiş rəhbəri Meir Daqanın adını daşıyan hərbi təlimlər Livanla sərhəddə baş tutacaq.

10 minlərlə ehtiyatda olan əsgərin də qatılacağı hərbi təlimlər 11 gün davam edəcək. İddia olunur ki, Meir Daga təlimlərinin əsas hədəfi Hizbullahdır. Digər məqsəd isə Hizbullah hərbçilərinin İsrail sərhədini keçməsinin qarşısını almaqdır.

Sözügedən hərbi təlimlərə İsrail Silahlı Qüvvələrinin Hava, Quru, Dəniz və kəşfiyyat xidməti qatılacaq.

İsrailin Hərbi Hava Qüvvələrinin sabiq komandanı Amir Eshel mətbuata açıqlamasında qeyd edib ki, İsrail Suriyada son 5 il ərzində Hizbullah və digər qruplara silah daşıyan konvoylara onlarla hücum təşkil edib.


Müəllif: Cavad

Oxşar xəbərlər