Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Myanmanın faktiki rəhbəri Aun San Su Çji ilə telefon əlaqəsi saxlayıb.
Teleqraf.com xarici meiaya istinadla xəbər verir ki, Ərdoğan danışıq zamanı Myanmada müsəlmanlara qarşı törədilən qətliamı pisləyib.
O, bu hadisənin bütün dünyada narahatlıq doğurduğunu deyib.
Ərdoğan problemin həlli üçün atılan bütün addımları dəstəklədiyini bildirib.