24 İyul 2014 10:37
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın ali dini lideri Əli Xamneyi Fələstin xalqını İranla birgə hərbi əməliyyatları davam etdirməyə və əməliyyat zonasını genişləndirməyə çağırıb.

Məlumata görə, Xamneyi İRNA agentliyinə verdiyi açıqlamasında belə deyib.

“Bu sərt rejimlə mübarizə aparmağın yeganə yolu müqaviməti və döyüşü davam etdirmək və hərbi əməliyyatlar zonasını İordan çayının qərb sahilinə qədər genişləndirmək lazımdır”, - deyə ali dini lider bildirib.

Qeyd edək ki, bir müddət əvvəl də İran rəhbərliyi müsəlman ictimaiyyətini İsrailin hücumlarından əziyyət çəkən Qəzza sakinlərinə yardımla bağlı aktiv mövqe nümayiş etdirməyə çağırmışdılar.

/axar.az/


Müəllif: