Rusiya XİN rəhbəri Sergey Lavrovla ABŞ dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, tərəflər Şimali Koreyanın nüvə-raket sınaqları fonunda yarımadadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Lavrov Şimal-Şərq Asiyada hərbi gərginliyinin artırılmasına qarşı çıxış edib.
Lavrov həmçinin Vaşinqtonun Rusiyaya məxsus diplomatik mülkiyyəti müsadirə etməsini beynəlxalq hüquq normalarının kobud pozulması kimi qiymətləndirib. Nazir Rusiyanın Vaşinqtonun addımlarına qarşı məhkəmə prosedurlarına başlamaq niyyətində olduğunu bildirib.