Hindistanda məşhur jurnalist öldürülüb.
Teleqraf.com “Reuter”ə istinadla xəbər verir ki, hind həftəlik qəzetinin redaktoru Hauri Lankeşin cansız bədəni Banqalor şəhərindəki evində tapılıb.
Qonşular jurnalistin evində atəş səsi eşidəndən dərhal sonra polisə məlumat veriblər. Cəsarətli jurnalist kimi tanınan Lankeş ideoloji baxımdan sağ yönümlü partiyaların sərt tənqidçisi olub.
Qətlin motivi bəlli olmasa da, siyasi liderlər və fəallar, o cümlədən jurnalistlər sosial şəbəkələrdə Hauri Lankeşin ölümünü söz azadlığının boğulması kimi dəyərləndirirlər. Karnataka ştatının baş əsas naziri jurnalistin öldürülməsini demokratiyanın qətli adlandırıb.