6 Sentyabr 2017 12:56
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Prezienti Donald Tramp ölkəni qarışdıran növbəti qərar verib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Ağ Ev ailələri ilə birgə ABŞ-a qanunsuz miqrasiya edən, həyatının çoxunu bu ölkədə keçirən gənc miqrantların deportasiyasına mane olan qanunu ləğv edib.

ABŞ Ədliyyə naziri Sessions bəyan edib ki, sabiq prezident Obamanın 800 minə yaxın insana təsir göstərən Uşqalara Kömək Dəyişikliyi (DACA) hərəkətinin tətbiqini ləğv edəcəklər. Söhbət Obama hakimiyyəti zamanı qəbul edilən dövlət proqramının ləğvindən gedir.

Məlumata görə, DACA ləğv edildikdən sonra 800 min miqrantın ABŞ-dan deportasiya edilməsinə yol açılacaq və yeni administrasiya bunu həyata keçirmək üçün əlavə maneələrlə rastlaşmayacaq.

Ədliyyə naziri iddia edib ki, bu kimi proqramlar ABŞ Konstitusiyasına ziddir və yüz minlərlə amerikalı ölkəyə qanunsuz gələn miqrantlar səbəbindən işdən məhrum olur.

ABŞ Prezidenti Trampın DACA proqramını ləğv etməsindən sonra ilk dəfə danışan sabiq prezident Barak Obama bəyan edib ki, bu gəncləri hədəfə gətirmək səfh addımdır: “Gənclərə edilən böyük bir pislik gələcəyimizə təsirsiz ötüşməyəcək”.

Obama konqresmenlərə səslənərək bu gəncləri və ABŞ-ın gələcəyini qorumaq üçün əllərindən gələni etməyə dəvət edib.

Hesabatlara görə, hazırda ABŞ-da 11 milyondan çox qaçqın miqrant var.


Müəllif: Cavad

Oxşar xəbərlər