6 Sentyabr 2017 20:17
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə evlərin birində "Şeytanın anası" adlı partlayıcı tapıldıqdan sonra polis şəhər ətrafında antiterror əməliyyatı keçirib.

Teleqraf.com xəbər verir ki, iki nəfər saxlanılıb.

Qeyd edək ki, bu gün Parisin Viljüif kommunasında boş mənzillərin birində aparılmış axtarış nəticəsində polis əməkdaşları partlayıcı maddə aşkarlayıb.

"Şeytanın anası" adlı partlayıcı sadə hazırlanma üsulu ilə fərqlənir. Son illər terrorçular ondan Qərbi Avropa ölkələrində törətdikləri partlayışlarda istifadə ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər