7 Sentyabr 2017 08:19
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müstəqillik əldə etdiyimiz an missiyamız başa çatacaq.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Şimali İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani “Əl-Ərəbiyyə” kanalına müsahibəsində bildirib.

O deyib ki, onlar İraqda müasir, demokratik və federal dövlət qurmaq üçün mübarizə aparırlar:

“Amma mövcud durumda dini, həm də bəlli bir qrupun hakim olduğu bir dövlətdə yaşayırıq. Biz birlikdə yaşamaq üçün çox səy göstərdik. Bu olmadıqda referendum qərarı verdik. Bizdən referendumun təxirə salınmasını tələb edirlər. Biz də buna qarşılıq olaraq “bizə alternativlər verin” deyirik. Mənim yeganə istəyim xalqın müstəqilliyini qazanmaqdır. Bu məqsədə çatdığım zaman vəzifəm də başa çatacaq”.

Qeyd edək ki, Şimali İraq Kürd Muxtariyyəti sentyabrın 25-də müstəqillik referendumu keçirməyə hazırlaşır.


Müəllif: Cavad

Oxşar xəbərlər