6 Sentyabr 2017 23:58
1 553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropada milyonlarla yumurta tərkibində zəhərli maddə aşkarlanması səbəbindən məhv edilib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Avropa Komissiyasının nümayəndəsi Anka Paduraru sözügedən zəhərli maddələrin Türkiyə, Rusiya və ABŞ-dan idxal olunan yumurtalarda da aşkarlandığını bəyan edib.

Türkiyədəki yumurta istehsalçıları isə iddiaları təkzib edərək, Avropa Komissiyasının onlara qarşı qarayaxma kampaniyası apardıqlarını iddia ediblər.

Türkiyə Yumurta İstehsalçıları Mərkəzi İctimai Birliyinin sədri Hüseyn Sunqur bildirib ki, hazırda, Türkiyədə qeydiyyatdan keçməmiş şirkətlər tərəfindən ildə 2-2,5 milyard yumurta istehsal olunur: “Bu müəssisələrin istehsal icazələri yoxdur və gizli formada yumurta istehsal edib, satışa çıxarırlar. Ona görə də bu tipli müəssisələrdə yoxlamalar həyata keçirilmir. Yoxlanılmadığı üçün də fipronil maddəsinin yumurtalarda aşkar olunub-olunmamadığı bilinmir”.

Hüseyn Sunqur Avropa Komissiyasının istehsalçılara güvəni itdiyinə görə Türkiyə kimi ölkələrdə istehsal olunan qidalara tələbat artdığını iddia edib: “Komissiya öz imicini bərpa etmək üçün Türkiyəyə qarşı qara-PR aparır. Türkiyə hazırda qida sektorunda Avropanın 3-cü idxalçı ölkəsidir”.

Qeyd edək ki, Türkiyə Kənd Təsərrüfatı Nazirliyi Aİ-da baş verən qalmaqalın ardından Türkiyədəki 1100 broyler müəssisəndə yoxlama apardıqlarını və zəhərli fipronil maddəsinə rast gəlinmədiyini açıqlayıb.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər